İnterpress.az-ın məlumatına görə, bu barədə Avropa Korpusunun Strasburqdakı mənzil qərargahının nümayəndəsi polkovnik Visente Dalmau bildirib.
Polşa 2002-ci ildə Avropa Korpusuna üzv olub.
“Polşanın Avropa Korpusunun tərkibindən çıxmasına dair qərar hökumət tərəfindən qəbul olunub”, – polkovnikin sözlərini “France-Press” sitat gətirib.
Avropa Korpusu 1992-ci ildə Fransa və Almaniyanın təşəbbüsü ilə sülhməramlı və humanitar əməliyyatların həyata keçirilməsi üçün yaradılıb. Korpusun vəzifələri sırasına humanitar və sülhməramlı missiyalarda iştirak, eləcə də NATO üzrə müttəfiqlərin müdafiəsi daxildir. Avropa Korpusunun hissələri həmçinin beynəlxalq təşkilatların mandatı ilə əməliyyat yerinə yetirə bilər.
Avropa Korpusunun hərbçiləri uğurla Bosniya, Kosovo və Makedoniyada sülhməramlı əməliyyatlar həyata keçiriblər, hazırda isə Əfqanıstanda öz missiyalarını davam etdirirlər.
İnterpress.az