Böyük Britaniyanın Aİ-dən çıxma proseduruna start verildibackend

Böyük Britaniyanın Aİ-dən çıxma proseduruna start verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildiriş martın 29-da London vaxtı ilə saat 11:30-da (Bakı vaxtı ilə saat 15:30) Birləşmiş Krallığın daimi nümayəndəsi Tim Barrou tərəfindən şəxsən Donald Tuska təqdim ediləcək. Təxminən o radələrdə Mey Britaniya parlamentini Brüsselin xəbərdar olduğuna dair məlumat verməlidir.

Böyük Britaniya hakimiyyəti ölkədə yaşayan Avropa İttifaqı ölkələrinin vətəndaşlarının hüquqlarının qorunmasına dair zəmanət verir. RİA Novosti-nin yaydığı məlumata görə, bu barədə Meyin martın 29-da parlamentdə söyləyəcəyi nitqində bildirilir, nitqin bəzi çıxarışları KİV-də dərc edilib.

“Gələn ay danışıqlar masasında oturarkən Britaniyada yaşayan hər kəsin – gənclərin və yaşlıların, zəngin və yoxsulların, şəhər və kənd sakinlərinin maraqlarını təmsil edəcəm. Əlbəttə ki, bura həm də ölkəmizin evinə çevrildiyi Aİ vətəndaşları da daxildir. Ölkəmizdə yaşayan hər kəs üçün ən sərfəli şəraitə nail olmaq istəyi mənim ən böyük arzumdur”, – agentlik nitqin mətnindən sitat gətirib.

İnterpress.az