“Bir-birini qucaqlamaq azaddır”backend

“Bir-birini qucaqlamaq azaddır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a bildirib ki, “Bakı Metropoliteni”dən istifadə üçün xüsusi davranış qaydaları var: “Həmin qaydalarda insanların biri-biri ilə öpüşməsi haqqında hər hansı maddə yoxdur. Biz sərnişindaşıma ilə məşğuluq, ictimai yerdə asayişin pozulması ilə hüquq-mühafizə orqanları məşğuldur. Sərnişinlərin bütün hərəkətləri qaydalara görə tənzimlənir.”

Nəsimi Paşayev metroda opüşən gənclərin hərəkətini qınayıb: “Gənclər düz hərəkət etməyib. İctimai yerdə belə hərəkətlər yolverilməzdir. Düzdür, sevgi, bir-birini qucaqlamaq azaddır. Nəvaziş, sevgi göstərə bilərsən, amma bunlar ictimai yerdə mümkünsüzdür. Cəmiyyət, adət-ənənə, mentalitet var. Gənclərin hərəkəti ilə adət-ənənə düz gəlmir. Öpüşmək üçün o qədər yerlər var. Kim istəyir sevsin, amma metroda yox.”

Jurnalist Xaqani Səfəroğlu metroda öpüşmək istəyən gənclərə qarşı sərt təpki nümayiş etdirib. Bu isə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.

İnterpress.az