ABŞ-n Hawaii ştatındakı federal hakim prezident Donald Tramp-ın səyahət məhdudiyyətlərinin təxirə salınması barədə qərarı qeyri-müəyyən müddətə uzadıb.
Bu deməkdir ki, əsasən müsəlman ölkələrinə aid viza qadağaları ilə bağlı məhkəmə müzakirələri davam edərkən səyahət məhdudiyyətləri tətbiq oluna bilməz.
Hawaii məhkəməsinin qərarında deyilir ki, səyahət qadağası turizmə, həmçinin, işçi qüvvəsi və tələbələrin cəlb edilməsinə maneə törədir.
Prezident Donald Tramp bildirir ki, yenidən təklif edilən viza məhdudiyyətlərinin məqsədi terrorçuların ölkəyə girişinin qarşısını almaqdır.
Prezidentin əleyhdarlarına görə, qərar diskriminasiyaya zəmin yaradır. (bbc)
İnterpress.az