Xərçəngdən qoruyur – Xurmabackend

Xərçəngdən qoruyur – Xurma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BEYNİ GÜCLƏNDİRİR
Xurmanın tərkibindəki fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğa faydalıdır

DİNCƏLDİR
Xurmanın əsəb sinir sitemini rahatladan bir xüsusiyyəti də var.
B1 və B2 vitaminləri vardər ki bunlar da zehni və sinir sistemini rahatladıcı xüsusiyyəti ilə diqqət çəkir.

ÖSKÜRƏYİN DƏRMANI
Meyvə olaraq ən yaxşı sinə dərmanıdır.Bəlğəmə, nəfəs borusuna və öskürəyə faydalıdır.

DAMAR SƏRTLİYİNƏ FAYDALI
Xurma damarları yumuşaldır və sərtliyin qarşısını alır. Qanı təmizləyir və təzyiqi tənzimləyir.

XOLESTROL
Qəhvə və yağ qandakı xolestrolu yüksəldir.
Ərəblər bol miqdarda qəhvə istifadə etsələr də araştırmalarda ərəblərdə xolestrolun olmadığı qeydə alınmışdır.
Səbəbi isə ərəblərin qəhvə və digər yeməklərin yanında mütləq xurma istifadə etmələri ilə izah olunur.

BÖYRƏKDƏ DAŞ ƏMƏLƏ GƏLMƏSİNİN QARŞISINI ALIR
Xurma böyrəklərin yuyulmasına yardım edərək böyrəyin fəaliyyətinə köməkci olur.
Məsanə (sidik kisəsi) və böyrək iltihabında şəfalıdır.
Xurmanın suyu böyrək daşlarının parçalanmasına kömək edir.
6-7 xurma parçalanaraq bir stəkan suya qoyulur və bir neçə saat sonra süzülüb isidilərək gündə iki dəfə içilərsə 15 gündə böyrək daşını əridər.

ŞAM FISTIĞI İLƏ
Şam fıstığı ilə yeyildikdə qaraciyəri təmizləyər və gücləndirər.
Mütəxəssixlər xurmanın ac qarına yeyilməsinin daha faydalı olduğunu vurğulayır.
Qabuqlarında və çəkirdəyində də bol miqdarda vitamin olduğu üçün çəkirdəyin ağızda əmilməsini məsləhət görürlər.

GÖZ VƏ QULAQ
Tərkibində A vitamini olan xurma gözləri qüvvətləndirir.
Bəzi qaynaqlarda xurmanın gecə korluğu və digər göz zəifliklərinə faydalı olduğu yazılır.
Göz sinirlərini qüvvətləndirici təsiri vardır. Amma hər qida kimi xurma da çox yeyilməməlidir.
Qocalıqda əmələ gələn qulaq uğultusu eşitmə zəifliyi kimi xəstəliklərə faydalıdır.

Xərçəngdən qoruyur - Xurma

İnterpress.az