İnterpress.az xəbər verir ki, Rusiya prezidenti bunu Arxangelsk şəhərində keçirilən Arktika forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.
O hesab edir ki, Helsinki görüş üçün uyğun yerdi: “Fikrimcə, Finlandiya uyğun dövlət, Helsinki isə belə tədbirlərin təşkili üçün uyğun yerdir. Ancaq buna hər iki tərəf yaxşı hazırlaşmalıdır. Əgər bu baş versə, biz o tədbirdə iştirakdan şad olarıq və mən də ora məmnuniyyətlə qatılaram. Firkimcə, bu baş tutmazsa “iyirimiliyin” yığıncağında (bu ilin iyulunda Almaniyada keçiriləcək- “Report”) adi görüş çərçivəsində də belə bir görüş baş tuta bilər”.
Qeyd edək ki, Arktika sammiti bu ilin mayında Finlandiyada keçiriləcək. (report)
İnterpress.az