“Kreditlərə Cahangir Hacıyev razılıq verib”backend

“Kreditlərə Cahangir Hacıyev razılıq verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Həmidov ifadə verib.

O, \”İntertekstil\” şirkətində mexanik vəzifəsində işlədiyini deyib. N.Həmidov şirkət üçün adına 200 min manat kredit götürüldüyünü deyib.

Daha sonra şahid qismində Beynəlxalq Bankın Kredit Komitəsinin sabiq sədri, hazırda həmin bankın İdarə Heyətinin üzvü Akif Əliyev dindirilib. O, Kredit Komitəsinin sədri olarkən bir dəfəyə 2 milyon 400 min manata qədər kreditin verilməsinə səlahiyyəti olduğunu bildirib: \”Dünyamin Xəlilovun işi üzrə ayrılan kreditlərə bankın keçmiş rəhbəri Cahangir Hacıyev razılıq verib. Dünyamin Xəlilovu bankın layihələrini həyata keçirən məsul şəxs kimi tanımışam. Layihələri Dünyamin müəllim təqdim edirdi. Cahangir Hacıyevlə razılaşdırıldıqdan sonra kredit verilirdi. Mən isə həmin vaxt 5 min manat maaş alırdım\”.

Şahid qismində hazırda Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin müşaviri olan Emin Mustafayev ifadə verib. O, əvvəllər bankın keçmiş sədri, hazırda həbsdə olan C.Hacıyevin müavini, bir müddət isə bankın Kredit Komitəsinin sədri vəzifəsində çalışdığını qeyd edib. E.Mustafayev Kredit Komitəsinin sədri vəzifəsində çalışarkən C.Hacıyev tərəfindən göstəriş aldığını bildirib: \”Mən kreditlərin verilməsinə icazə sənədini imzalayıb, filiallara çatdırmışam. Kreditlər də fiziki şəxslərin adına rəsmiləşdirilirdi. Amma özlərinə verilməyib, əvvəlki kreditlərin ödənilməsinə yönəldilirdi. Bu, sözsüz ki, qanun pozuntusu idi. Lakin Cahangir Hacıyevin göstərişi belə idi. Cahangir Hacıyevin göstərişindən sonra şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov nəzarət edirdi\”. ( report.az )

İnterpress.az