İnterpress.az-ın məlumatına görə, Ohayo ştatının Tolido şəhər həbsxanasında cəza çəkən 64 yaşlı D.Harvi martın 28-də axşam saatlarında öldürülüb. Məlumata görə, naməlum şəxs kameraya daxil olaraq D.Harviyə ağır xəsarətlər yetirib. D.Harvi aldığı ağır xəsarətlərdən iki gün sonra xəstəxanada keçinib.
Qeyd edək ki, 1970-1980-ci illərdə Tsinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) xəstəxanalarında sanitar çalışan Donald Harvi xəstəxana yeməyinə zəhər qatmaqla və ya süni nəfəs aparatından ayırmaqla xəstələri qətlə yetirib.
D.Harvi 1987-ci ildə 37 nəfəri qətlə yetirdiyini etiraf edib. Bir müddət sonra o, Tsinsinnati xəstəxanasında daha 18 nəfəri öldürdüyünü etiraf edib. (apa)
İnterpress.az