Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti zamanı qəza baş verəcəyi ehtimal edilən ərazilər nəzarətə götürülüb:
\”Bütün istiqamətlərdə, rayonlarda, qəsəbə və ucqar kəndlərdə əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, texnikalar hazır vəziyyətə gətirilib. Ümumən, elektrik sistemi tam yenilənib, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün lazım olan bütün tədbirlər görülüb. Hər hansı bir ərazidə elektrik enerjisi verilişində problem yaranarsa, əməkdaşlarımız dərhal nasazlığı aradan qaldırmağa tam hazırdır\”.
T.Mustafayev bildirib ki, hazırda ölkə ərazisində elektrik enerjisinin verilməsində problem yoxdur.
İnterpress.az