53 yaşlı kişi xlorofos içib özünü öldürdü – TƏFƏRRÜATbackend

53 yaşlı kişi xlorofos içib özünü öldürdü – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda 53 yaşlı kişinin intiharının təfərrüatları məlum olub.

Mahmudavar kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Cəsayil Lələyev psixoloji xəstəliyi olub:

“Bir müddət bundan öncə o, qəfildən xəstələndi. Həkimlər dedi ki, beyni yerindən tərpənib. Müalicə alsa da bunun bir nəticəsi olmadı. Evdə də xlorofos adlı kimyəvi məhlul olub. Bunu içib, vəziyyəti pisləşib.”

Sakinlərin sözlərinə görə, Cəsayil Lələyevi vaxtında xəstəxanaya aparsalarda onun həyatını xilas etmək mümkün olmayıb.

Masallı Rayonunun Mahmudavar kəndində intihar hadisəsi baş verib. Kənd sakini Lələyev Cəsayil yaşadığı evdə intihar etmək məqsədilə kimyəvi məhlul – xlorofos içib.

***

Masallı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Lələyev Cəsayil Kamil oğlu yaşadığı evdə intihar etmək məqsədilə kimyəvi məhlul – xlorofos içib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.Lələyevin həyatını xilas etmək mümkün olmayıb. C.Lələyev Masallı rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İnterpress.az