İnterpress.az-ın məlumatına görə, neftçilərin yaxınları onların təxliyə olunmadığını və növbəyə gedəcək işçilərin dəniz limanına çağırıldığını bildiriblər.
\”Azneft\” İstehsalat Birliyi məsələyə aydınlıq gətirib. Qurumdan BakiPost.az-a verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birliyin bütün işçilərinə təlimatlar verilib: \”Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub.
Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib. Hazırda dənizdə dalğalı hava şəraiti ilə əlaqədar olaraq heç bir gəmi hərəkət etmir. Ona görə də dəniz limanlarında neftçilərin gözləməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Hava sərnişin daşıması isə helikopter vasitəsilə həyata keçirilir. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan güclü külək hava sərnişin daşıma işinə maneçilik törətməyib. Bugün üçün günortaya kimi 2, günortadan sonra isə, hava şəraitinə uyğun olaraq 1 helikopter reysi ilə \”28 May” NQÇİ-nin dəniz obyektlərinə işçilərin növbə dəyişməsi planlaşdırılır”.
Birlikdən qeyd olunub ki, küləkli havada helikopterlərin hərəkəti ilə bağlı narahatlığa əsas yoxdur: \”Çünki helikopter xidməti göstərən müvafiq təşkilat, helikopter hərətəkinin hava şəraitinə uyğun olub-olmadığını araşdırır və müvafiq qərar verir. Yəni, hazırda helikopterlərin hərəkəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bugün işçilərin təhlükəsizliyi təmin olunması şərti ilə məhdud sayda növbə dəyişməsi həyata keçiriləcək”. (bakipost.az)
İnterpress.az