“Platformada nəsə baş versə…”backend

“Platformada nəsə baş versə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, bu saata kimi neft daşları və platformalarda hər hansı bir hadisə baş verməyib:

“Salamatlıqdır, heç bir problem yoxdur. Neftçilər vaxt dəyişəndə işə gedib və işdən gəlirlər. Platformalardan təxliyə qasırğa başlayana kimi həyata keçirilir. Bu saata 4 idarədən 300 nəfərə kimi təhliyə olunub. Onlardan 35 nəfəri Neft Daşları NQÇİ-nin işçiləridir.Təhlükəli iş sahəsindən çıxarılanların əksəriyyəti N.Nərimanov adına NQÇİ-nin işçiləridir. 28 May adına NQÇİ-nin platformalarından isə bir nəfər də olsun təxliyə olunmayıb.”

Mirvari Qəhrəmanlı hesab edir ki, 28 May adına NQÇİ-nin platformalarının müəyyən əməkdaşları oradan çıxarılmalıdır: “Əgər bu platformada nəsə baş versə məsuliyyət rəhbər şəxslərin üzərində qalacaq.”

İnterpress.az