“Borcu hissə-hissə ödəmək olar. Əgər imkan yoxdursa, heç nə ödənilmir”backend

“Borcu hissə-hissə ödəmək olar. Əgər imkan yoxdursa, heç nə ödənilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib.
Hüquqşünas bildirib ki, ona mütəmadi verilən suallardan biri borcun ödənilməsi haqda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ola-ola borcun hissə-hissə ödəməyin mümkünlüyü barədədir:

“Bəli, olar, amma bunun üçün məhkəməyə müraciət etmək lazımdır. Bu yaxınlarda Antikollektora bir pensiyaçı müraciət etmişdi. Məhkəmə əmri ilə Muğanbanka krediti ödəməli idi. Məlum olduğu kimi, belə hallarda icra məmurları borcluya hədə-qorxu gəlməyə başlayır ki, həbs edərəm, əmlakını alaram və s. Vətəndaşın pensiyası yüksək olsa da başqa bank qarşısında da borcu olduğu üçün ayda cəmi 150-200 manat ödəyə bilərdi. Buna görə də Antikollektorun köməyi ilə məhkəməyə müraciət etdi və Yasamal rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə hər ay 200 manatın ödənilməsi haqda qərar qəbul etdi. Hakim bu zaman Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsini rəhbər tutub.

Həmin maddədə deyilir: “İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır”.

“Borcu hissə-hissə ödəmək olar. Əgər imkan yoxdursa, heç nə ödənilmir”

Deməli, əgər vətəndaşın əmlak vəziyyəti borcu hissə-hissə ödəməyə imkan verirsə, bunu (konkret məbləği göstərməklə) xahiş edə bilər. Heç nə ödəyə bilmirsə isə möhlət verilməsini xahiş edə bilər”.

İnterpress.az