Xırdalan işıqsız qaldıbackend

Xırdalan işıqsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”APA-Economics\” xəbər verir ki, Xırdalanın 28-ci məhəllə adlanan ərazisi saat 11:00 radələrindən etibarən işıqsız qalıb.

Məhəllənin sakinlərinin sözlərinə görə, \”Azərişıq\” ASC-nin əməkdaşları problemi aradan qaldırmaq istəsə də, 4 saatdan artıq (saat 15:10-dək – red.) vaxt ərzində buna nail olmaq mümkün olmayıb. \”Artıq 4 saatdır ki, işıq üzünə həsrətik. \”Azərişıq\” səhər bəyan edib ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Amma bu bəyanatdan bir qədər sonra işıq kəsilib və hələ də işıq üzünə həsrətik\”, – deyə məhəllənin 16-cı binasının sakinlərindən biri bildirib.

\”Azərişıq\” ASC-dən isə \”APA-Economics\”ə bildiriblər ki, hadisə yerində çalışan qəza xidmətinin əməkdaşları problemi aradan qaldırmaq üzrədir və elektrik enerjisinin təchizatı tezliklə bərpa olunacaq.

İnterpress.az