Sumqayıtda yanğın – 6 yaşlı uşaq öldübackend

Sumqayıtda yanğın – 6 yaşlı uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-nin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az