İnterpress.az xəbər verir ki, Ağ Evdə işlə təmin olunan İvankanın 740 milyon dollar dəyərində daşınmaz əmlak və aktivləri var.
ABŞ mətbuatının yazdığına görə Ağ Evin administrasiyası artıq 180 əməkdaşının gəlirləri barədə deklarasiyanı təqdim edib. İvanka Trampınn Vaşinqtonun mərkəzindəki \”Trump İnternational Hotel\” şirkətində payı var. Bu otelin dəyəri 25 milyon dollara qədərdir. 2016-2017-ci il ərzində prezident qızının payına gəlir olaraq 1.5 milyon dollar düşüb.
\”Bloomberg\”-in məlumatına görə Trampın administrasiyası tarixin ən varlı administrasiyasıdır. Onun ümumi dəyəri 12 milyard dollardır.
İvanka Tramp bəyan etmişdi ki, ABŞ prezidentinin administrasiyasında rəsmi işə cəlb edilsə də, maaş almayacaq. Onun əri Cared Kuşner isə Donaldın baş köməkçisidir və həm də Ağ Evin innovasiyalar idarəsinin rəisidir.
Cared \”New York Observer\” qəzeti və \”Kushner Properties\” şirkətinin sahibidir. Onun sərvəti isə 1.4 milyard dollardır.
İnterpress.az