İnterpress.az xəbər verir ki, bəyanata əsasən rəsmi Ankara türk ordusunun Suriyadan çıxarılması və ya sayının azaldılması imkanlarını nəzərdən keçirir. Amma bu hal yerli qüvvələrin Suriyada vəziyyətə nəzarət edə biləcəyindən sonra baş verəcək.
Nazirin sözlərinə görə,Suriyada mülki əhalini qoruyacaq olan yerli qüvvələr yaxşı təchiz edilməli və təlim görməlidirlər. Çavuşoğlu bildirib: \”Türkiyə Suriyada yerli qüvvələrin vəziyyətə tam nəzarət etməsindən sonra hərbi kontingentini azaltma və ya tam çıxarma imkanlarını qiymətləndirir\”.
İnterpress.az