İnterpress.az-ın məlumatına görə, hadisə bu gün rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb. Kənd sakini, 1941-ci il təvəllüdlü Hacıyev Vaqif Mirzə oğlu yaşadığı evin həyətindəki meyvə ağacından özünü kəndirlə asaraq intihar edib. Evdə tənha yaşayan Vaqif Hacıyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)
İnterpress.az