İnterpress.az A24.Az-a istinadən xəbər verir ki, Sabunçu Telefon Qovşağı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 19 596 manat borcun silinməsini istəyib.
Məhkəmə qətnamə çıxararaq qovşağın iddia tələbini təmin edib. Həmin qərardan narazı qalan cavabdeh – “Azərsu” ASC apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 4-nə təyin edilib. İşə hakim Elmira Nağıyevanın sədrliyi ilə baxılacaq.
İnterpress.az