Bənövşəyi tərəvəzlər – antioksidantların zəngin mənbəyibackend

Bənövşəyi tərəvəzlər – antioksidantların zəngin mənbəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu rəng qrupunun ən vacib xüsusiyyətləri bunlardır:

qan təzyiqinin azaldılması
diabetin qarşısının alınması
azad radikalların tutulması
parkinson, altshaymer və çoxsaylı skleroz xəstəliklərinin qarşısının alınması
görmənin inkişafı
Bənövşəyi qida antioksidantlarla zəngindir. Hüceyrələri yaxşı vəziyyətdə saxlamaq üçün onları yaxşı qidalandırmaq və oksigenləşdirmək vacibdir. Azad radikallar hücum edə bilir və hüceyrələri zədələyir, zədəli membranlar isə metabolizmi tamamlaya bilmir. Antioksidantlar birbaşa azad radikalları bədənimizdən təmizləyərək, hüceyrələrin sağlam olmasını və bunun nəticəsində orqanların yaxşı vəziyyətdə qalmasını təmin edirlər. Antosiyaninin (tərəvəzlərə bənövşəyi rəngi verən maddə) iltihaba qarşı effektlidir, trombositlərin yığılmasını əngəlləyir və qan kapilyarlarını qüvvətləndirir. Onlar gözlərin qorunmasında da çox qiymətlidir. Son tədqiqatlar göstərir ki, bənövşəyi meyvə və tərəvəzlərin yeyilməsi Altshaymer, Parkinson və çoxsaylı skleroz xəstəliklərinə qarşı müsbət rol oynayır.

Bənövşəyi məhsullara aiddir:

qırmızı soğan
çuğundur
badımcan
qırmızı lobya
qırmızı kələm

İnterpress.az