İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 27 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı məntəqədən 25 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb. 01 aprel 2017-ci il tarixində 1976-cı il təvəllüdlü Əsədov İsmayil Şərif oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 16:48-də başa çatıb.
İnterpress.az