İnterpress.az-ın verdiyi məlumata görə, cinayət işi üzrə 1 nəfər saxlanılıb.
Baş Prokurorluqdan bildirilib ki, 392 müraciət üzrə seçki cinayəti əlaməti müşahidə edilib. Onlardan 121-i başqasının yerinə səs vermə və ya təkrar səs vermə, 115-i seçicinin özünüifadə hüququna maneə, 77-si gizli səsvermə hüququnun pozulması, 63-ü KİV nümayəndələrinin, komissiyanın, müşahidəçilərin fəaliyyətinə əngəl törətmə, 15-i rüşvət verməyə cəhd və biri seçici siyahısının tərtib olunması zamanı pozuntuya yol verməklə bağlı olub.
İnterpress.az