Putin Medvedevi ölkənin baş hakimi edir?backend

Putin Medvedevi ölkənin baş hakimi edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən bildirir ki, Rusiya baş naziri Dmitri Medvedevi dünya mətbuatının neqativ obrazlarından biri saymaq olar. Onun dəbdəbəli həyatı və sahib olduğu milyardlar barədə çıxan materiallar bu cür məsələyə normal yanaşan sadə rus vətəndaşları belə özündən çıxarıb.

Lakin, bəlli olduğu kimi, prezident Vladimir Putinin yaxın adamlarını qurban vermək kimi xasiyyəti yoxdur. Tam əksinə, Rusiya prezidenti məhz belə anlarda özünü ətraf çevrəsini qorumağa üstünlük verir. Bu həm də bir növ sığortalanma vasitəsidir. Çünki Putin “bir gün mənə, sabah sənə” prinsipini gözəl bildiyi üçün yıxılan hər bir daşın domino effekti kimi bir gün ona çatacağını dərk edir.

Hətta Medvedev baş nazir kimi qurban verilsə belə, onun Putinin hakimiyyət piramidasında təsiri və yeri saxlanıla bilər.
Rusiya mətbuatının yazdığına görə, Rusiya prezidentinin masasının üstündə Rusiyada iki ali məhkəmə instansiyasının, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin birləşdirilməsi və yeni “Superməhkəmə”nin yaradılması ilə bağlı layihə durur.
Layihəyə Konstitusiya Məhkəməsinin sədri Zorkin ehtiyatla etiraz etsə də onu ciddiyə alan yoxdur.

“Superməhkəmə”nin əlində hüquq yaradıcılğı (Ali Arbitraj Məhkəməsinin səlahiyyətindəki), məhkəmə səhvlərinin düzəldilməsi (Ali Məhkəmə) və konstitusiyanın təfsiri (Konstitusiya Məhkəməsi) kimi 3 əsas səlahiyyət cəmlənəcək.

“Superməhkəmə”ni qurmaq üçün isə konstitusiyada kiçik redaktələr həyata keçirmək, bir sıra qanunları dəyişdirmək və oraya uyğun və sadiq ismi qoymaq lazımdır. Bir çox müşahidəçinin rəyinə görə, əgər bu layihə həyata keçsə, Dmitri Medvedevin növbəti iş yerinin hazır olduğunu bəri başdan söyləmək olar.

Mətbuatın yazdığına əsasən, Medvedevin bu cür mötəbər orqana təyinatı üçün heç bir hüquqi əngəl yoxdur.

Baş nazir Konstitusiya Məhkəməsi hakimlərinin təyinatına olduğu kimi, Dövlət Dumasının deyil, yuxarı palatanın, Federasiya Şurasının razılığını almalı olacaq.

Bunun üçün əvvəllər məhkəmədə işləmək, hətta hüquqi təhsil almaq (Dmitri Medvedev hüquqşünasdır) lazım deyil. Namizəd üçün dövlət qulluğunda 15 il olmaq kifayətdir. Bundan başqa, Konstitusiya Məhkəməsi hakimləri üçün “qüsursuzluq” tələbi Medvedevə aid edilə bilməz.

Mətbuatın bildirdiyinə görə, artıq sentyabrda “Superməhkəmə” haqqında paket layihəsi Dumanın önünə gətirilə bilər.

“Medvedev həmişə Putin üçün ən təhlükəsiz, tamamilə qeyri-təşəbbüskar, bəlağətlə danışan və öz orijinalının baxışlaırnı utanmadan auditoriya qarşısında dəyişə bilən ideal surroqat və avatar rolunu oynayıb”, – Moskva Karnegi mərkəzinin eksperti Konstantin Qaaze yazır.

İnterpress.az