İnterpress.az-ın məlumatına görə, Tofiq Şahmuradovun müəllifi olduğu filmdə Talış istiqamətində gedən döyüşlərdə azad olunmuş ərazilərin görüntüləri yer alıb.
Filmdə aprel əməliyyatlarının detalları ilə bağlı ətraflı məlumat verilib. Sözügedən ərazidə düşmənin 21 postunun dağıdıldığı, ermənilərin “keçilməz” dediyi səddin – “Ohanyan xətti”nin əsgərlərimiz tərəfindən yarıldığını qeyd olunub.
“Döyüş Gündəliyi – Talış” filmi aprel döyüşlərində ordumuzun necə böyük şücaət göstərdiyini aydın şəkildə gözlər önünə sərir.
Qeyd edək ki, filmin ssenari müəllifi Elçin Əliyev, rejissoru Fuad Tofiqoğludur.
İnterpress.azhttps://youtube.com/watch?v=OyKDY-HTDSY