İsrail həkimləri Abid Şərifovun həyatını xilas etdilərbackend

İsrail həkimləri Abid Şərifovun həyatını xilas etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə İzrus portalı xəbər verib.

Xəbərə görə, İsrail kardioloqları onun ürəyində yaranan problemlərin müalicəsi ilə məşğul olublar.

Saytına yazdığına əsasən, 77 yaşlı baş nazir müavininin ürəyində hələ keçən həftə problemlər yaranıb və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin onun müayinə edən yerli mütəxəssislər həyatına təhlükə yarandığını və müalicə üçün İsrail kardioloqlarına müraciət etməsini məsləhət görüblər.

Azərbaycan nazirinin İsrailə aparılmasını “Horev” tibb mərkəzinin rəhbəri doktor Roman Barak koordinə edib.

Şərifov xüsusi reyslə İsrailə gətirilib və onu “Rambam” xəstəxanasında həkim qrupu qarşılayıb. (minval.az)

İnterpress.az