İnterpress.az xəbər verir ki, D.Tramp “Financial Times”a verdiyi açıqlamada jurnalistlərin “əl sıxışın” sözlərini eşitmədiyini bildirib.
“Merkel ilə möhtəşəm bir görüşümüz oldu. Görüş əsnasında 5 dəfə onunla əl sıxışdım. Daha sonra yan-yana oturanda deyəsən jurnalistlərdən hansısa biri “onun əlini sıxın” deyib. Təəssüf ki, mən bunu eşitməmişəm”, – deyə Tramp münasibət bildirib.
Tramp tvitter hesabı vasitəsilə paylaşdığı sərt fikirlərə də münasibət bildirib: “Tvitlər olmasaydı, mən burada olmazdım. Feysbuk, instaqram və tvitterdə 100 milyondan artıq izləyicim var. Heç nədən peşman deyiləm. Yüzlərlə tvit yazarsınız, biri uğursuz ola bilər. Bu, normaldır”.
İnterpress.azhttps://youtube.com/watch?v=cAaMfl-Dn98