Həbsdə olan iş adamı Akif Çovdarovun məhkəməsinə gətirilibbackend

Həbsdə olan iş adamı Akif Çovdarovun məhkəməsinə gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə hazırda həbsdə olan \”Real\” MTK-nın müdiri olmuş və iş üzrə zərərçəkmiş şəxs olan İlham Qasımov da gətirilib. Dələduzluqda təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilən İ.Qasımov səhhətində problem olduğunu deyib və ifadə verməyib. İclasda İlham Qasımovun qardaşı İslam Qasımov dindirilib.

O, bildirib ki, A.Çovdarova pul verməyib, təqsirləndirilən şəxsləri tanımır. O, pulu başqa MTN əməkdaşlarına verdiyini söyləyib. Bildirib ki, bir neçə saat MTN-də saxlanıldıqdan sonra buraxılıb. Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Tahir Mirzəyev ifadə verib. O, deyib ki, MTN-ə aparılıb, gecə saat 10-a qədər orada saxlanılıb. Daha sonra sərbəst buraxılıb. O, hər hansı təzyiqə məruz qalmadığını deyib.

Növbəti məhkəmə prosesi aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

İnterpress.az