İnterpress.az-ın məlumatına görə, bunu Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib. Onun sözlərinə görə, Sankt-Peterburq metrosundakı partlayış terror aktıdır:
“Partlayışın araşdırılması ilə istintaq orqanları məşğuldur. Prokurorluq tərəfindən başladılan yoxlama bütün incəliklərə toxunacaq”.
Təhlükəsizlik sisteminin işinə gəlincə prokuror bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar.
İnterpress.az