İnterpress.az xəbər verir ki, buna səbəb qatarın vaqonlarının birindən tapılan şübhəli əşya olub.
Həmin əşya “Uqreşskaya” stansiyasında olarkən qatarın ikinci vaqonundan tapılıb.
Əşyanın sahibini müəyyən etmək mümkün olmadığı üçün sərnişinlər təcili surətdə qatardan endirilib. Qatarın özü isə “Presnya” stansiyasındakı ehtiyat yola istiqamətləndirilib.
Aşkar olunan çanta ilə bağlı müvafiq orqanlar məşğul olmağa başlayıb.
Qeyd olunur ki, Sankt-Peterburqda baş verən terrordan sonra Moskva metropolitenində təhlükəsizlik tədbirləri gücləndirilib. Metro stansiyalarının girişində polis əməkdaşlarının sayı artırılıb, elektron yoxlama, hətta itlərlə yoxlanış tədbirləri həyata keçirilir.
Bundan başqa paytaxt metrosu bu gün futbol üzrə Rusiya premyer-liqasının 21-ci turunda Moskvanın “Spartak” və “Orenburq” komandaları arasında keçiriləcək görüşə hazırlaşır.
Matçda hər iki komandadan çoxsaylı futbol fanatlarının iştirakı gözlənilir.
Moskvada təhlükəsizlik tədbirləri təkcə metroda deyil, bütün yerüstü nəqliyyat vasitələrində, o cümlədən, avtobus, trolleybus və tramvaylarda da ciddi rejimdə həyata keçirilir. (musavat)
İnterpress.az