Bu barədə hüquq-mühafizə orqanlarından mənbə məlumat verib.
Həmin şəxslərdən biri partlayıcı qurğunu hazırlayıb, digəri isə vaqona yerləşdirib.
Qeyd edək ki, bu gün \”Сенная площадь\” və \”Технологический институт\” stansiyaları arasında partlayış baş verib. Terror aktı nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb. Terror aktı ilə bağlı cinayət işi açılıb.
***
İnterpress.az Apa-ya istinadən xəbər verir ki, hazırda siyahıda 16 nəfərin adı var.
Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.
Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
İnterpress.az