İnterpress.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Xətai rayonunun Sadıqcan küçəsi və Zığ şosselərinin birləşməsində yerləşən və uzun müddətdir fəaliyyəti dayanan gənclik parkından gedir.
Yenidənqurma işləri çərçivəsində Sadıqcan küçəsi boyunca qanunsuz olaraq fəaliyyət göstərən 8 obyekt tam sökülüb.
Xətai rayon İcra Hakmiyyətinin baş memarı Vadim Surxayovun sözlərinə görə, işlər çərçivəsində insanların parka rahat və maneəsiz giriş-çıxışını təmin etmək məqsədi ilə yeraltı və yerüstü bir neçə piyada keçidinin də inşası nəzərdə tutulur.
İşlərin bu ilin sonuna qədər yekunlaşacağı gözlənilən parka giriş üçün heç bir ödəniş tələb olunmayacaq.
İnterpress.az