Sankt-Peterburqa törədilən terrorun pərdəarxasıbackend

Sankt-Peterburqa törədilən terrorun pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 3-də günorta saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törədilib. İnterpress.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, partlayış “Sennaya ploşad” və “Texnologiçeskiy institut” stansiyalarında baş verib.

Məlumatlara görə, partlayış içi öldürücü maddələrlə doldurulmuş əldəqayırma qurğu vasitəsilə törədilib. Partlayışdan sonra vaqon iki yerə bölünüb.

Həmin ərəfədə digər stansiyada da şübhəli əşyanın tapıldığı deyilir.
Hadisə şahidlərinin dediyinə görə, stansiyalarda tüstü əmələ gəlib və insanlar qaçmağa başlayıb.

Partlayışdan dərhal sonra “Ploşad vosstaniya”, “Sadovaya”, “Nevskiy prospekt” və “Texnologiçeskiy institut” stansiyaları bağlanıb.
Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko bildirib ki, metroda partlayış nəticəsində 10 nəfər ölüb.
Rəsmi xəbərə görə, partlayışda 10 adam ölüb, 50-dən çox adam yaralanıb.

“Çernaya reçka” stansiyası da şübhəli əşyanın aşkar olunmasına görə bağlanıb. Metronun bütün mərkəzi stansiyalarında insanlar evakuasiya edilib.
Sankt-Peterburq metrosunun “Ploşşad Vosstaniya” stansiyasında da partlayıcı qurğu tapılıb.

APA-nın xəbərinə görə, bu barədə “Fontanka” saytı xəbər yayıb. Partlayıcı qurğu işə düşməyib, bomba zərərsizləşdirilib.
Rusiya Baş Prokurorluğu hadisəni rəsmən terror aktı adlandırıb.
Terrorla əlaqədar şəhər administrasiyası aprelin 4-dən etibarən Sankt-Peterburqda 3 günlük matəm elan edib.
Maraqlı məqam odur ki, partlayış baş verməzdən bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə rəsmi görüş keçirmək üçün Sankt-Peterburqa gəlib.

İddialar var ki, partlayış Rusiya prezidentinə bir mesaj olub. Buna səbəb kimi isə Rusiyanın xarici siyasət kursu göstərilir.
Məsələ ondadır ki, Rusiya bir müddətdir Suriyanın şimalında İŞİD terror şəbəkəsinə qarşı hərbi əməliyyatlar həyata keçirir. Bu səbəbdən İŞİD Rusiyanı dəfələrlə hədələyib. Həmçinin Lukaşenko ilə görüşdə də İŞİD-lə mübarizə məsələsinin müzakirə olunması nəzərədə tutulmuşdu. Buna görə də Sankt-Peterburqda baş verən terror aktında əsas şübhəli İŞİD terror qruplaşmasıdır…
Rusiya Federal Mühafizə Xidməti prezident Vladimir Putinə Peterburqda partlayışın olduğu stansiyaya getməyə izn verməyib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant FM” yayıb. Radio Mühafizə Xidmətinin hadisə yerindəki binaların, avtomobillərin və vətəndaşların yoxlanılmaması bəhanəsi ilə Putinin hadisə yerinə getməsinin qarşısını aldığını bildirib.

“Partlayış yeri kimi Sankt-Peterburq şəhəri təsadüfən seçilməyib. Rusiya prezidenti hazırda bu şəhərdədir”.

APA-nın məlumatına görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Ozerov bildirib. O deyib ki, V. Putinin iştirakı ilə şəhərdə Ümumrusiya Xalq Cəbhəsi təşkilatının mediaforumu keçiriləcək: “Şəhərdə çoxlu jurnalistlər var. Ona görə də hesab edirəm ki, partlayışın yeri kimi Peterburq təsadüfi seçilməyib”.

V.Ozerov müvafiq orqanların təhlükəsizlik tədbirləri ilə bağlı öz işlərini yetərincə görmədiklərini də vurğulayıb.
Vladimir Putin isə hadisə ilə bağlı kiçik açıqlamasında deyib ki, olaya görə məişət hadisəsindən tutmuş, terakta qədər bütün versiyalar araşdırılacaq.
Sankt-Peterburq metrosunda partlayış törətdiyi ehtimal edilən terrorçunun fotosu yayılıb.

Lenta.ru saytının verdiyi xəbərə görə, həmin şəxsin görüntüləri videonəzarəti həyata keçirən kameralardan götürülüb.
Hadisə şahidlərinin söylədiyinə görə, bu şəxs vaqonda özü ilə bərabər gətirdiyi bel çantasını yerə qoyub və dərhal oranı tərk edib. Həmin adam qara rəngdə paltar geyinib və saqqalda olub.

Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur.

Bunu report-a açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
Sankt-Peterburqda baş verən terror Bakıda da narahatlıqla qarşılanıb. Bununla bağlı metropoliten rəhbərliyi açıqlama verib.
“Bakı metrosunda təhlükəsizlik məsələləri ilə bağlı sərnişinlərin narahat edəcək heç nə yoxdur”.

Bunu report-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib: “Bakı metrosunda təhlükəsizlik məsələlərinə birbaşa Daxili İşlər Nazirliyi (polis) və təhlükəsizlik orqanları nəzarət edirlər. Onlar hər zamankı kimi təhlükəsizliyi yüksək səviyyədə təmin edirlər. Sərnişinlərin narahat olacağı heç nə yoxdur”.

Sankt-Peterburqa törədilən terrorun pərdəarxası

Sankt-Peterburqa törədilən terrorun pərdəarxası

Sankt-Peterburqa törədilən terrorun pərdəarxası

Sankt-Peterburqa törədilən terrorun pərdəarxası

İnterpress.az