Depressiyadan qoruyur – Bolqar bibəribackend

Depressiyadan qoruyur – Bolqar bibəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Limon C vitamininin mənbəyi hesab olunsa da bolqar bibərində bu vitamin daha çoxdur. Xüsusilə vitamin bibərin saplağı tərəfində cəmlənmişdir, lakin bir çox evdar xanım bundan bixəbər olduğu üçün yemək bişirərkən tərəvəzin bu hissəsini kəsib tullayır. Bibərint tərkibində P vitamini çoxdur və bu vitamin sayəsində qan damarlarının elastikliyi artır və tromboz, ürək-damar sisteminin və aterosklerozun yaranmasının qarşısı alınır.

A vitamini də bu tərəvəzdə çoxdur. Buna görə saçlarınız töküldükdə, gözünüzün nuru zəifləməsin deyə şirin bibərdən qidanızda geniş istifadə edin. Bu tərəvəz həmçinin depresiyadan və yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalıdır.

РР, В1, В2 və В6 vitaminləri bu xəstəliklərlə mübarizədə köməyinizə çatacaq. Müasir tibb bolqar bibərini radikulit, artrit və nevrolqiyanın müalicəsində istifadə edir.

Lakin bu faydalı tərəvəzin bəzi insanlara ziyanı da ola bilər. Belə ki, mədəsində turşuluğu yüksək olan, qastritdən əziyyət çəkən insanlar bibər yeməməlidirlər. İşemiya, ürək ritminin pozulması, qara ciyərindən narahatçılığı olan kəslər də bibərdən istifadə etməsələr daha yaxşıdır.

Depressiyadan qoruyur - Bolqar bibəri

İnterpress.az