“Gərginlik yaratmaq istəyirlər”backend

“Gərginlik yaratmaq istəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu sözləri BakiPost.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov son günlər Azərbaycan məhsullarının Rusiyaya buraxılmasına törədilən əngəllərin səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları problemlərin həlli üçün danışıqlara başlayıb: \”Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub. Bizim qonşu dövlətdir, ümumi sərhədlərimiz var. Dövlət başçılarının da münasibətləri yüksək səviyyədədir. Lakin Rusiyada müəyyən insanlar, vəzifə sahibləri var ki, bu münasibətlərə xələl gətirmək istəyirlər. Onlar rəhbərlik səviyyəsində olmasa da, aşağı səviyyəli problemləri mütəmadi olaraq yaradırlar.

Xatırlatmaq istəyirəm ki, Rusiyaya embarqo qoyulduğu vaxtlarda Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı ilə əlaqədar onlara yardım edib. İndi isə müəyyən problemlər yaradırlar, müxtəlif bəhanələr gətirirlər. Amma bunlar hamısı söz-söhbətdir. Bizim müvafiq qurumlarımız, Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi məsələnin həlli istiqamətində lazımi addımlar atırlar. Müəyyən müddətdən sonra problem aradan qaldırılacaq.

Əlbəttə ki, biz hər zaman istəyirik ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədə olsun. Bu həm bizə, həm də Rusiyaya çox vacibdir”.

Deputatın sözlərinə görə, kənd təsərrüfatı ilə dolu yük maşınlarını sərhəddə çox saxlamaq sahibkarların böyük maliyyə itirməsinə səbəb olur: \”Çalışmaq lazımdır ki, problem tez həll olunsun. Çünki məhsullar sərhəddə çox qala bilməz. Xarab olur, sahibkarlar ziyana gedirlər. Bizim müvafiq qurumlar Rusiyanın aidiyyəti qurumları ilə danışıb, məsələni tez həll etməlidirlər. Bunu gecikdirmək olmaz”.

Millət vəkili yaxın vaxtlarda məhsulların qiymətində ucuzlaşmanın müşahidə olunacağını proqnozlaşdırıb: \”Tezliklə yeni məhsullar artıq çıxmağa başlayacaq. Onda Azərbaycan bazarında müəyyən qədər ucuzlaşma ola bilər”.

İnterpress.az