Suriyada kimyəvi qətliam — 43 nəfər həlak oldubackend

Suriyada kimyəvi qətliam — 43 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hücum zamanı 43 nəfər mülki vətəndaş həlak olub, 215 nəfər isə qazın təsirindən zəhərlənib.

İdlib mülki müdafiə qurumunun rəsmisi Enes Barakat bu barədə açıqlama verib: \”Bəşər Əsəd rejiminin Han Şeyhun bölgəsində təşkil etdiyi kimyəvi hücum nəticəsində 43 nəfər həlak olub. 215 nəfər zəhərlənib. Ölənlərin əksəriyyəti azyaşlı uşaqlardır\”.

Məlumatda həm də bildirilir ki, rejimə aid hərbi təyyarələr səhər saatlarında Han Şeyhun bölgəsinə xlor qazı ilə hücum ediblər. Zəhərlənənlər ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

İnterpress.az