Komitənin yaydığı məlumata görə, 21 yaşlı Akbarjon Calilov əslən Qırğızıstanın Oş vilayətindən olsa da Rusiya vətəndaşıdır.
Məlumata görə, ailə Rusiyaya 2011-ci ildə gedib, sonra terrorçunun valideynləri geri qayıdıb, 1995-ci il təvəllüdlü Akbarjon Calilov isə Sankt-Peterburqda qalıb.
Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldaev terrorçunun İŞİD-lə əlaqəsi ehtimalına toxunarkən bildirib ki, Akbarjon Calilovun İŞİD terror təşkilatı ilə əlaqəsinin olması faktı öyrənilir. Hələlik bu haqda dəqiq məlumat vermək olmaz.
İnterpress.az