Baş Polis İdarəsindən girov götürülən vətəndaşla bağlı açıqlamabackend

Baş Polis İdarəsindən girov götürülən vətəndaşla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BŞPİ-dən bildirilib ki, vətəndaş Nuriyev Hüseyn Rəsul oğlu respublika rəhbərliyinə müraciət edərək, 2015-ci ildə Hövsan qəsəbəsində bir qrup şəxs tərəfindən girov götürüldüyünü, Binə Atıcılıq Mərkəzində işgəncələrə məruz qalaraq hədə-qorxu yolu ilə külli miqdarda pulunun əlindən alındığını iddia edib. Həmin müraciətin bir nüsxəsi mətbuata göndərilib və ictimailəşdirilib.

“Müraciətə Bakı Şəhər Baş Polis İdarəsində baxılıb, onun əsasında müvafiq araşdırmalar aparılıb, amma vətəndaşın iddiaları təsdiqini tapmayıb” – deyə, açıqlamada bildirilir.

İnterpress.az