İnterpress.az-ın məlumatına görə, Tramp baş verən faciənin Obama administrasiyasının “zəifliyi” və “qətiyyətsizliyinin” nəticəsi olduğunu bəyan edib.
ABŞ Dövlət katibi Reks Tillerson isə Əsədin bu hərəkətini qəddarlıq adlandırıb: “Bəşər Əsədin bu şəkildə hərəkət etdiyi açıqdır. Bu qəddarlıq, utanmaz barbarlıqdır”.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsi nəticəsində 11-i uşaq olmaqla 58 nəfərin faciəvi şəkildə qətlə yetirilməsinə dünya liderləri sərt təpki verib.
İnterpress.az