“Konstitusiya əmi ilə qardaş qızının evliliyini qadağan etmir” – Dini Komitəbackend

“Konstitusiya əmi ilə qardaş qızının evliliyini qadağan etmir” – Dini Komitə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu BAKU.WS-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva Gəncədə baş verən hadisəyə- əminin öz qardaşı qızını qaçırmasına münasibət bildirərkən deyib.

\”Dini nikah Azərbaycan qununvericiliyndə heç bir əhəmiyyət daşımır. Mollalarımızın əksəriyyəti bisavad mollalardır. Bu nikahı kəsən mollaya qarşı ciddi ictimai qınaq olmalıdr. Əgər bu molla Qafqaz Müsəlman İdarəsi tərəfindən sertifikat almış molladırsa ona qarşı həmin qurum müvafiq tədbir görə bilər. Bu molla sertifikat almış bir molla olsaydı belə bir addım atmazdı. Onu yəqinki yaşadığı yerdən daş-qalaq edib çıxaracaqlar”.

Baş verən hadisəyə ilahiyyatçı Elşad Miri də münasibət bildirib. O, əmi ilə qardaş qızının kəbninin İslam dininə zidd olduğunu bildirib.

\”İslamda dini nikah yoxdur. Nikahın dini, qeyri-dinisi olmur. Bugünkü \”dini nikah\”da tərəflərin, xüsusilə də qadının haqqı qorunmur. Nikah əqddir. Əqd müqavilədir. Qohum evliliyi geniş məfhumdur. Konkret olaraq bir qız əmisinə ərə gedə bilməz. Nisa 4/23 konkret olaraq açıqlayır”.

Qeyd edək ki, Gəncədə əmi 8 illik evliliyini qardaşının qızına görə bitirib. Kişi evlənmək üçün 2 uşaq anası olan qardaşı qızını qaçırıb.

Belə ki, 3 uşaq atası 26 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

Bu haqda məlumatı Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Xəzər TV-yə bildirib. Həmidə Səfərova əri ilə qaynı qızı 1 ay əvvəl qoşulub qaçdığını söyləyib. O isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb. Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib. Amma hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.

Həmidə Səfərova deyir ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, 2 uşaq anasıdır. Əmisi ilə evlənmək üçün 2 uşağını da yoldaşının üstünə atıb.

Qadının sözlərinə görə, əri ilə qızın üstündə tez -tez davaları düşüb. Sonda kişi boşanmaq üçün məhkəməyə müraciət edib. Amma uşaqları azyaşlı olduğundan hakim boşanmanı bir müddət təxirə salıb. Kişi də boşanma olmadan rəsmi nikahda ola-ola bu üsula əl atıb.

İnterpress.az