İnterpress.az BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey İordaniya və Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalistlərə deyib.
Onun sözlərinə görə, prosesin tətbiqinin ilkin mərhələsi çıxış ilə bağlı razılaşma əldə olunan kimi başlayacaq, sadəcə, biznes və hökumətin yeni qaydalara alışması üçün müəyyən vaxt lazım gələcək.
Bununla yanaşı, o qeyd edib ki, “Brexit”də ən mühüm şeyin öz sərhədlərinə və immiqrasiyaya nəzarət etmək imkanının olmasıdır. “Avropa İttifaqından çıxdıqdan sonra məhz bunu edəcəyik”, – baş nazir vurğulayıb.
İnterpress.az