İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, Tramp bu hücumun Ağ evin keçmiş rəhbərliyinin səhv qərarları ucbatından baş verdiyini bəyan edib:
“ABŞ müttəfiqləri ilə birgə bu hücumu pisləyir. Bəşər Əsədin bu addımı məndən əvvəlki prezident administrasiyasının zəifliyinin nəticəsidir.”
Trampın sözlərinə görə, xələfi Barak Obama 2012-ci ildə kimyəvi silahın istifadəsi üçün “qırmızı xəttin” yaradılcağına söz versə də, heç nə etməyib.
ABŞ-ın dövlət katibi Reks Tillerson da kimyəvi silah tətbiq edilməsini şərh edib. O, bu addımı Suriya prezidentinin “qəddar, məsuliyyətsiz varvarlığı” kimi qələmə verib. Rusiya və İran da daxil olmaqla Əsədi dəstəkləyən bütün qüvvələr onun planlarına daxil olmamalıdırlar. Tillerson vurğulayıb ki, Rusiya və İran həlak olan insanlar qarşısında məsuliyyət daşıyırlar.
Ötən gün qərb mətbuatı Rusiya və Əsəd rejiminə məxsus hərbi təyyarələrin Xan-Şeyxun şəhərinə kimyəvi qazdan ibarət silah atdığı ilə bağlı xəbər yayıb. Nəticədə 58 nəfər həlak olub, 100 nəfərdən çox insan yaralanıb. Hələ ki, kimyəvi silahın tərkibi araşdırılır.
İnterpress.az