İnterpress.az Apa-ya istinadən xəbər verir ki, rayon sakini 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
İnterpress.az