İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, bu Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd edilib.
Qurumun məlumatında bildirilib ki, Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi maliyyə-büdcə nəzarəti fəaliyyətinin ən əvvəlki illərdə başa çatmış tədbirlərinin davamı olaraq ümumilikdə 11 milyon 256 min 400 manat, 75 min ABŞ dolları, 17,8 min avro məbləğində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib.
2014-2016-cı illərdə bərpa edilmiş vəsaitlər aşağıdakı cədvəldə qeyd edilib:
2014-cü ildə bərpa edilmiş vəsaitlər:
8683,9 min manat
7,5 min ABŞ dolları
47,1 min avro
2015-ci ildə bərpa edilmiş vəsaitlər:
10286,7 min manat
60,2 min avro
2016-cı ildə bərpa edilmiş vəsaitlər:
11256,4 min manat
75,0 min ABŞ dolları
17,8 min avro
İnterpress.az