Suriya məsələsində ABŞ-dan Türkiyəyə dəstək: “Arxanızdayıq”backend

Suriya məsələsində ABŞ-dan Türkiyəyə dəstək: “Arxanızdayıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Avropa.info xəbər verir ki, Nikki Haley bir telekanlada ABŞ-ın Suriyadakı Əsəd rejiminin bazasına endirdiyi raket zərbələri ilə bağlı suallara cavab verib.

ABŞ təmsilçisi deyib ki, Suriyanın gələcəyi burada rol alan oyunçulara bağlıdır: “Biz atəşkəsi gücləndirməyə fokuslaşmışıq. Orada bizim müttəfiqlərimizi dəstəkləməyi düşünürük. Türkiyə, İordaniya, İraq arxalarında olduğumuzdan əmin olmalıdır. Ardınca Suriya probleminin həllini dəstəkləməliyik. Əslində, gərəkli olan budur. Cenevrə görüşlərinin davam etməsini, uğur qazanmasını ümid edirik”.

Kimyəvi silahdan istifadə etmənin bir cinayət olduğuna diqqət çəkən Haley deyib ki, Rusiyanın Suriyada kimyəvi silahdan istifadə etməsinə ilk etirazı bunun qorxunc bir şey olduğuna deyildi: “Rusiyanın ilk etirazı bu oldu ki, bu hücumu Əsəd etməyib”.

İnterpress.az