“Bakıda köhnə metro qatarlarının çıxardığı səslər insan sağlamlığına təhlükə yaradır”backend

“Bakıda köhnə metro qatarlarının çıxardığı səslər insan sağlamlığına təhlükə yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev \”Report\”a bildirib ki, tədqiqat zamanı sovet dövründən qalma bəzi köhnə qatarların çıxardığı səs-küyün 70-80 desibeldən (DB) artıq olduğu məlum olub.

Onun sözlərinə görə, bu hal xüsusilə qatarlar stansiyaya yaxınlaşanda qeydə alınıb: \”Sovet dövründən qalan bəzi qatarlar stansiyaya yaxınlaşanda, hərəkət edəndə, siqnal verəndə çıxan səslər 70-80 DB arası olur. Səhiyyə Nazirliyi isə 56-60 desibeldən yuxarı səsi insan sağlamlığı üçün təhlükəli hesab edir\”.

Ə.Əliyev deyib ki, qatarların yenilənməsi, səs-küyü az olanlarla əvəzlənməsi, həddindən artıq sürət, yüksək siqnal kimi amillərə son qoyulması ilə problemi həll etmək mümkündür.

İnterpress.az