Tramp Nigeriyaya hərbi təyyarələr satmağa razılıq veribbackend

Tramp Nigeriyaya hərbi təyyarələr satmağa razılıq verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Məqsəd \”Boko-Haram\” terror təşkilatına qarşı Nigeriyanın hərbi cəhətdən gücləndirilməsi olsa da, ABŞ rəsmiləri Afrika xalqları təhlükəsizlik qüvvələrinin bundan sui-istismar edəcəyindən də narahatdır.

Gələcək həftələrdə Konqresin satışı rəsmi olaraq təsdiqləyəcəyi gözlənilir. Hərbi təyyarələrin satışı ilə razılaşma Obamanın prezidentlik dövrünün sonlarında əldə edilmişdi. Satışın dəyəri 600 milyon dollar məbləğində olduğu söylənilir. Donald Trampın Nigeriyaya təyyarə satmaq haqda qərar qəbul etməsinə baxmayaraq, Milli Təhlükəsizlik Şurası razılaşmanı hələ də incələməkdədir.

Nigeriyadan başqa bir sıra digər ölkələrə də hərbi texnika satışına dair sazişlər bağlansa da, Ağ Ev bütün razılaşmaları gözdən keçirir.

Nigeriya 2015-ci ildən buyana ABŞ-dan hərbi təyyarələr almağa çalışıb.

İnterpress.az