Təndirxanada özünü asdıbackend

Təndirxanada özünü asdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə aprelin 10-u, saat 15:30 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Aparılan ilkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

İnterpress.az