İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Bəzən uğursuzluğa düçar oldum, amma həmişə xalqın yüksək gözləntilərinə cavab verməyə çalışdım”,- deyə qubernator bildirib.
Onu köməkçisi Key Ayvi əvəz edib.
2015-ci ildə Bentli nikahdan kənar münasibət qurmaqda ittiham olunub. O, vəzifəsindən və seçki öncəsi maliyyələşdirməsindən istifadə edərək qalmaqalın üstünü örtməyə çalışıb. Bundan əlavə qubernatorun 50 il birlikdə yaşadığı xanımı boşanmaq üçün ərizə verib.
2010-cu ildə qubernator seçilən Bentli maaşından imtina etməsi ilə məşhurlaşmışdı. (qafqazinfo)
İnterpress.az