İnterpress.az xarici mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edən vətəndaşların daha geri qayıda bilməyəcəyini bildirib:
Bu şəxslər avtomatik olaraq vətəndaşlıqdan məhrum olunurlar. Artıq bu qanunvericiliklə tənzimlənir.
Nursultan Nazarbayevin sözlərinə görə, hazırda İŞİD-in sıralarında Qazaxıstandan çıxmış 500-600 nəfər döyüşçü var:
Ümumiyyətlə keçmiş sovet ölkələrindən terror təşkilatına qoşulanların sayı 5 min nəfəri ötüb. Biz İŞİD-dən geri qayıdan insanlarla profilaktik işlər aparmaq istədik, amma bu nəticə vermədi. Ona görə də ən təhlükəsiz yol onların ölkəyə qayıtmasının qarşısını almaqdır.
İnterpress.az