İnterpress.az-ın məlumatına görə, bunu onun vəkili Yohan Erikson deyib.
“O, terror aktını törətməkdə günahını etiraf edib və həbs cəzasını çəkməyə hazırdır”, – deyə o vurğulayıb.
İsveç polisi 39 yaşlı R. Akilovun nəzarət altında olduğunu təsdiq edib. Onun İŞİD tərəfdarı olduğunu bildirilir.
Qeyd edək ki, R. Akilov 2014-cü ildə İsveçdə sığınacaq almaq üçün müraciət edib, lakin keçən ilin sonunda ona rədd cavabı verilib. Ölkəni 4 həftə ərzində tərk etməli olan R. Akilov bunun əvəzində gizlənməyi üstün tutub. Hakimiyyət orqanları məcburi şəkildə deportasiya etmək üçün onu axtarışa verib. Xatırladaq ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. (apa)
İnterpress.az